“Utandıq” – Fatih Terim
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Real”a məğlub olan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim açıqlama verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Terim, 0:6 hesabıyla bitən görüşü belə şərh edib:
“Açığı, oyun və məğlubiyyət haqda deyəcək tək bir şey var, o da heyf. Sadəcə, oyunda fərqli nəticə aldığımız üçün məyus olmadıq, həm də utandıq. İlk 10 dəqiqəni 0:3 hesabıyla başlamaq çətindir. Heç bir baş məşqçinin planında olmur belə şeylər.
Məğlubiyyət ola bilər, ancaq bu gün meydanda mübarizə də yox idi. Sadəcə, heyf. Qarşıda oyunlarımız var. Çox məyusuq, azarkeşlərimiz də məyusdur. Daha əvvəldən 10-cu, 12-ci dəqiqədə 0:3 hesabıyla başlayırsızsa, “Real”la oyunda bu nəticə hələ az olar. Deyəcək tək şey var, o da heyf”.
Bizi Facebook-da izləyin