
Çempionlar Liqasının qrup mərhələsinin rəmzi komandası FOTO
UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qrup mərhələsinin rəmzi komandası məlum olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada PSJ-dən 3 futbolçu yer alıb:
Qapıçı: Keylor Navas (PSJ, Fransa);
Müdafiəçilər: Xuan Bernat (PSJ, Fransa), Nikolas Talyafiko (“Ayaks”, Niderland), Əşrəf Hakimi (“Borussiya”, Dortmund, Almaniya);
Yarımmüdafiəçilər: Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə), Son Hın Min (“Tottenhem”, İngiltərə), Hakim Ziyex (“Ayaks”, Niderland), Məhəmməd Salah (“Liverpul”, İngiltərə);
Hücumçular: Erlinq Haland (“Zalsburq”, Avstriya), Robert Levandovski (“Bavariya”, Almaniya), Kilian Mbappe (PSJ, Fransa).
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.

Bizi Facebook-da izləyin