UEFA Çempionlar Liqasının finalını Rusiyadan alır – Sabah rəsmiləşəcək
UEFA futbol üzrə Çempionlar Liqasının finalını Rusiyadan alır.
Komanda.az xəbər verir ki, hərbi vəziyyətlə əlaqədar olaraq bu mövsümün həlledici qarşılaşması Sankt-Peterburqda keçirilməyəcək.
Sabah UEFA İcraiyyə Komitəsi Ukrayna və Rusiya arasındakı müharibə ilə əlaqədar xüsusi iclasını keçirəcək. Məhz bu iclasda ÇL-in final matçının da Rusiyadan alınması rəsmən təsdiqlənə bilər.
Finalı təşkil etmək üçün əsas namizədlər Roma, Münhen, Paris, Amsterdam və Barselonadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin