Çempionlar Liqası: “Qalatasaray”ın oyununa azarkeşlər buraxılacaq
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək PSV (Niderland) – “Qalatasaray” oyununa azarkeşlər buraxılacaq.
Komanda.az xəbər verir ki, bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, iyulun 21-də “Qalatasaray”la keçiriləcək ev oyununa azarkeşlərin buraxılacağı bildirilib.
PSV ev oyunlarını 35 min nəfərlik “Filips” stadionunda keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin