Çempionlar Liqasında yeni mövsümə start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, İsveçrədə keçirilən ilkin mərhələdə yarımfinal matçları baş tutub.

Öncə “Tre Fiori” və “Linfild” üz-üzə gəlib. Şimali İrlandiya təmsilçisi inamlı qələbə sayəsində mərhələ adlayan tərəf olub. “Linfild”in futbolçusu Bastian Heri isə 2020/21 mövsümündə vurulan ilk qolun müəllifi olub.

Digər matçda “Drita” “İnter”i sınağa çəkib. Bu oyunda da Kosovo təmsilçisi qalib gəlib.

Beləliklə, avqustun 11-də təşkil olunacaq final görüşündə “Linfild”lə “Drita” üz-üzə gələcək. Məğlub olan “Tre Fiori” və “İnter” isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal


8 avqust

Tre Fiori (San Marino) – Linfild (Şimali İrlandiya) – 0:2

Drita (Kosovo) – İnter (Andorra) – 2:1

Final

11 avqust

20:00. Drita (Kosovo) – Linfild (Şimali İrlandiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button