Çempionlar Liqasında yeni het-trik rekordu

Almaniyanın “Bayern” komandasının hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqası tarixində ən erkən het-trik müəllifi olub.

Komanda.az xəbər verir ki, polşalı futbolçu buna 1/8 final mərhələsi çərçivəsində baş tutan Avstriya “Zalsburq”u ilə cavab qarşılaşmasında nail olub.

O, Münhendəki “Alyans Arena”da keçirilən oyunda 23 dəqiqəyə 3 qol vurub. 33 yaşlı forvard 12-ci və 21-ci dəqiqələrdə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənib.

Bununla da Levandovski “Milan”ın (İtaliya) hücumçusu Marko Simoneyə məxsus rekordu qırıb. Simone 1996-cı ildə Norveç “Rusenborq”u ilə qarşılaşmada ilk 24 dəqiqə ərzində 3 qol vurmuşdu.

“Bayern” “Zalsburq”a cavab matçında 7:1 (ilk oyun 1:1) hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button