“Atletiko”nu məğlub edə bilməmək uğursuzluq deyil” – Alleqri

İtaliya A Seriyasının son turunda “Udineze”ni 4:1 hesabı ilə məğlub edən “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, Çempionlar Liqasında mübarizəni dayandırsalar, bunu uğursuzluq kimi qəbul etməyəcəyini deyib:

“Çempionlar Liqasında ümumi səviyyə yüksəkdir. “Atletiko” ilə oyunda əlimizdən gələni edəcəyik. Mərhələni keçməyimiz möhtəşəm olar, keçə bilməsək də, növbəti il yenidən cəhd edərik.

“Atletiko”nu məğlub edə bilməmək uğursuzluq deyil. Bu fikirləri gülünc hesab edirəm. Kağız üzərində onsuz da bu mövsüm iki titul qazanmışıq, bu, uğursuzluq ola bilməz. Gözləntilərin çox yüksək olduğunu düşünürəm. Çempionlar Liqasında oynamaqdan zövq almalıyıq”.

İtaliyalı mütəxəssis Çempionlar Liqasını qazanmağın çətin olduğunu deyib:

“Yuventus”a gəldiyimdən bu yana, Çempionlar Liqasında hər zaman uğurlu olduq. Mən gələndə mənə də, komandaya da şübhəli yanaşırdılar. Hər mövsüm 1/8 final mərhələsinə çıxdıq, iki dəfə finalda oynadıq. Bu turniri qazanmaq asan deyil. “Bavariya” Çempionlar Liqasını qazanmaq üçün 10 il mübarizə apardı, amma “Çelsi” layiq olmadığı halda kuboku onlardan aldı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button