“Çempionlar Liqasında oynamağı çox səbirsizliklə gözləyirəm” – Müller

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin püşkatmasının nəticələrindən danışaraq, çox maraqlı komandalara qarşı oynamalı olacaqlarını bildirib.

Komanda.az xəbər verir ki, almaniyalı forvard sosial şəbəkədə paylaşdığı videoda Çempionlar Liqasında oynamağı səbirsizliklə gözlədiyini deyib:

“Çempionlar Liqasının yeni mövsümü üçün yeni saç düzümü! Püşk atıldı, qrupumuzda çox maraqlı komandalar var: “Mançester Yunayted”, “Qalatasaray” və “Kopenhagen”. Yenidən Çempionlar Liqasında oynamağı çox səbirsizliklə gözləyirəm. İrəli!”

Çempionlar Liqasının qrup mərhələsinin təqvimi hələ açıqlanmasa da, 2023-cü il sentyabrın 19-20-də başlayacağı və 12-13 dekabrda başa çatacağı məlumdur. Turnirin finalı iyunun 1-də, Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button