Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, həftənin ən yaxşısı adı uğrunda 4 futbolçu mübarizə aparacaq. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bunlar “Arsenal”dan Martin Odeqar, “Mançester Siti”dən Fil Foden, “Barselona”dan Rafinya və “Atletiko”dan Antuan Qrizmanndır.
Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin