Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, həftənin ən yaxşısı adı uğrunda 4  futbolçu mübarizə aparacaq. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bunlar “Arsenal”dan Martin Odeqar, “Mançester Siti”dən Fil Foden, “Barselona”dan Rafinya və “Atletiko”dan Antuan Qrizmanndır.

Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button