“Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşləri qarşısında Hollandiya “Ayaks”ını qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Rumıniyanın ÇFR-i “Slaviya”nı (Çexiya), Avstriya LASK-ı isə Belçika “Brügge”sini qəbul edib. Bu oyunlarda isə qonaq komandalar minimal hesabla üstün olublar.

Pley-off mərhələsinin ilk oyunlarına bu gün keçirilən üç qarşılaşma ilə yekun vurulub. 3-cü təsnifat mərhələsində “Portu”nu mübairəzədən kənarlaşdıran Rusiya “Krasnodar”ı Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub. Rusiya təmsilçisi bu oyunda darmadağınla üzləşib.

Xorvatiyanın “Dinamo” klubu Norveç “Rusenborq”unu qəbul edib. Qonaqlar Zaqrebdə 0:2 hesablı məğlubiyyətə üzülüblər.

İsveçrə “Yanq Boyz”u isə Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.

Çempionlar Liqası, pley-off mərhələsi

20 avqust

APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0

ÇFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, Çexiya) 0:1
Qol
: Masopust, 28.

LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol
: Vanaken, 10-pen.

21 avqust

Dinamo (Zaqreb, Xorvatiya) – Rusenborq (Norveç) 2:0
Qol
: Petkoviç, 8-pen. Orsiç, 28.

Olimpiakos (Yunanıstan) – Krasnodar (Rusiya) 4:0
Qol
: Gerrero, 30. Randeloviç, 78; 85. Podense, 89.

Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya) 2:2
Qol
: Assale, 7. Hoarau, 76-pen – Degenek, 18. M.Qarsiya, 46.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button