ÇL: “Qarabağ”ın potensial rəqiblərinin duelində “Rakuv” sevindi
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 10 görüş keçirilib.
Azərbaycan çempionu “Qarabağ” Cəbəllütarriqdə “Linkoln”un qonağı olub və əzmkar qələbəyə sevinib.
“Qarabağ”ın ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri də 1-ci raundda ilk oyunlarını keçiriblər. Polşada “Rakuv” və Estoniya “Flora”sı arasında baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Polşa və Estoniya çempionlarının cavab görüşü iyulun 18-də Tallində gerçəkləşəcək.
Bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
11 iyul
Urartu (Ermənistan) – Zrinski (Bosniya və Herseqovina) 0:1
Linkoln (Cəbəllütariq) – Qarabağ (Azərbaycan) 1:2
Jalgiris (Litva) – Struqa (Şimali Makedoniya) 0:0
Olimpiya (Sloveniya) – Valmiera (Latviya) 2:1
Rakuv (Polşa) – Flora (Estoniya) 1:0
Hamrun (Malta) – Makkabi (Hayfa, İsrail) 0:4
Ballkani (Kosovo) – Ludoqorets (Bolqarıstan) 2:0
Şemrok Rovers (İrlandiya) – Breydablik (İslandiya) 0:1
Klaksvik (Farer adaları) – Ferentsvaroş (Macarıstan) 0:0
Partizani (Albaniya) – BATE (Belarus) 1:1
Bizi Facebook-da izləyin