“Bir klub mövsümün ləğv olunması üçün yalandan komandada virus olduğunu dedi”
Koronavirus pandemiyasına görə Meksika çempionatında mövsüm erkən yekunlaşdırılıb.
Komanda.az xəbər verir ki, çempionatın sona çatdırılmasından əvvəl lider olan “Krus Asul” klubunun vitse-prezidenti Alfredo Alvares maraqlı açıqlama verib:
“Biz liqanı davam etdirmək istəyirdik, ancaq istəməyənlər də var idi. Bir klub liqada mövsümün ləğv olunması üçün yalandan komandada virus olduğunu dedi. Bunun hansı komanda olduğunu bilirəm, ancaq ad çəkməyəcəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin