Çempion ötən mövsümün ən yaxşı futbolçusunu açıqladı
Almaniyanın “Bayern” klubunda ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az verir ki, azarkeşlərin səsverməsi nəticəsində bu ada Tomas Müller layiq görülüb.
Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçunu komandanın yarımmüdafiəçisi Camal Musiala izləyib. Polşalı forvard Robert Levandovski isə üçüncü olub.
Müller ötən mövsüm meydana çıxdığı 45 matçda 13 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqanın son çempionu ilə 2024-cü ilin yayınadək müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin