“Çelsi”nin vidalaşmaq istədiyi 7 futbolçu
“Çelsi” 7 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, baş məşqçi Qrem Potter Hakim Ziyeş, Kay Haverts, Kristian Pulişiç, Xalidu Kulibali, Jorjinyo, Sesar Asplikueta və Pyer-Emerik Obameyanqın xidmətində maraqlı deyil.
“Zadəganlar” sözügedən oyunçuları satmaq və ya icarəyə vermək variantını düşünür. Yalnız Jorjinyo ilə bağlı plan fərqlidir. İtaliyalı futbolçu ilə cari mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək.
Klub uzun müddətdir “Çelsi”nin şərəfini qoruyan futbolçulardan Meyson Maunt və Nqolo Kante ilə sözləşmənin müddətini uzatmaq fikrindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin