“Çelsi”nin iki futbolçusu üçün mövsüm bitdi

“Çelsi”nin iki futbolçusu Ris Ceyms və Meyson Maunt üçün mövsüm erkən başa çatıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Frenk Lempard məlumat verib.

O, sabah Premyer Liqa çərçivəsində “Brentford”a qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında hər iki futbolçunun zədədən əziyyət çəkdiyini və tezliklə əməliyyat olunacaqlarını açıqlayıb.

Lempard Kay Havertsin də dizindəki zədədən əziyyət çəkdiyini bildirib. Lakin 44 yaşlı mütəxəssis almaniyalı oyunçunun bir həftəyə məşqlərə başlaya biləcəyini söyləyib.

Premyer Liqanın 33-cü turu çərçivəsində sabah baş tutacaq “Çelsi” – “Brentford” matçına Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button