Konte harda, o da orda

“Çelsi”nin futbolçusu Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçiylə “İnter” klubu yaxından maraqlanır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in qış transfer pəncərəsi dövründə Alonsonu transfer etmək istədiyi bildirilib.

“Neradzurra”nın baş məşqçisi Antonio Konte “Çelsi”də olarkən, Alonsonun London klubuna keçidində əsas rolu oynamışdı. Konte yenidən keçmiş tələbəsini komandasında görmək istəyir.

“Çelsi” ispan müdafiəçinin transferindən ən azı 40 milyon avro qazanmağı düşünür. Alonsonun “zadəganlar”la 2023-cü ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button