“Çelsi”nin müdafiəçisi Avropa klublarının “radar”ında
“Çelsi”nin futbolçusu Andreas Kristensen yayda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, danimarkalı müdafiəçi ilə Almaniyanın “Bayern”, İspaniyanın “Atletiko” və İtaliyanın “Milan” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Kristensenin “Çelsi” ilə müqaviləsi yaya qədərdir. “Zadəganlar” 25 yaşlı futbolçu ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib.
Kristensen bu mövsüm “Çelsi” ilə 21 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin