“Çelsi”nin futbolçusu 3 klubun hədəfindədir

“Çelsi”nin müdafiəçisi Trevo Çaloba iş yerini dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu uğrunda “Everton”, “Vest Hem” və “Kristal Pelas” mübarizə aparır.

Öncədən futbolçunun “Çelsi”dən ayrılmaq istəmədiyi haqda xəbər vermişdik.

Çalobanın “zadəganlar”la müqaviləsi 2028-ci ilə qədərdir. O, başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button