Tuxel “Vilyarreal” üzərində qələbəni şərh etdi
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel UEFA superkubokunda “Vilyarreal”a (İspaniya) qarşı keçirdikləri matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, alman mütəxəssis, qələbə qazandıqları oyunla bağlı bunları deyib:
“İlk 30 dəqiqədə möhtəşəm oynadıq, sonra adi top itkiləri yaşadıq. İkinci hissədə də top itirirdik. Oyunun bərabərliklə bitməsi ədalətli idi. Buraxdığımız qola yaxşı reaksiya verdik.
Kepa Arrisabalaqanın 119-cu dəqiqədə oyuna girməsi təsadüfi deyildi. O, penalti qurtarışlarında ən uğurlu olan qapıçımızdır. Təhlillərimiz və qapıçı məşqçilərimiz mənə bu inamı vermişdi. Vaxtı gələndə istifadə edəcəkdik. Dəyişiklik elə-belə olmadı, düşünülmüş bir şey idi. Eduard Mendinin Kepa ilə əvəzlənməsini qəbul etməsi gözəl hərəkət oldu”.
“Çelsi” – “Vilyarreal” matçının əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” növbəti tituluna yiyələnib.
Bizi Facebook-da izləyin