
Uilyams Premyer Liqa klubunun əsas transfer hədəfidir
İspaniya millisinin və “Atletik”in yarımmüdafiəçisi Niko Uilyams “Çelsi”nin transfer hədəfidir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçunu komandanın ən çox maaş alan oyunçusu etməyə hazırdır.
“Çelsi” Uilyamsı “Atletik”dən 60 milyon avroya ala bilər ki, bu da onun müqaviləsində sərbəst qalma maddəsi kimi nəzərdə tutulub.
Uilyams 2021-ci ilin yayından Bask komandasında çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin