“Çelsi”dən qovuldu – Seksual mesajlara görə
“Çelsi”nin kommersiya direktoru Damien Uilobi təyinatından bir ay keçməmiş vəzifəsini tərk edib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, maliyyə vasitəçisi Katalina Kim həmkarının davranışı ilə bağlı “Çelsi”nin biznesin inkişafı üzrə direktoru Tom Qlikə şikayət etdikdən sonra, London klubu Uilobi ilə yolları ayırmaq qərarına gəlib.
Məsələ burasındadır ki, Uilobi hələ “Çelsi”də işə başlamazdan əvvəl Katalinaya xoşagəlməz mesajlar göndərib. O, Kimə “səmimi videolar” göndərərək, seks mövzusunu qabardıb. Katalina bundan bir müddət keçmiş – Uilobi klubun kommersiya direktoru təyin ediləndən sonra – “Çelsi” rəhbərliyinə ona göndərilən mesajlar barədə məlumat verib. Uilobi isə ona zəng edib və qəzəblənib. Amma onun qəzəbi heç bir işə yaramayıb və “Çelsi”dəki işini itirməli olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin