“Çelsi”dən ayrılmaq psixoloji cəhətdən çox çətin idi”
“Çelsi”nin sabiq müdafiəçisi Andreas Kristensen London klubundan ayrıldıqdan sonra keçirdiyi emosiyalardan danışıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu “zadəganlar”la inanılmaz 10 keçirdiyini deyib:
“Çelsi”də inanılmaz 10 il keçirdim. Amma sonra anladım ki, yeni bir çağırışa başlamağın vaxtı çatıb və ailəm də bu qərarı dəstəklədi. “Çelsi”dən ayrılmaq psixoloji cəhətdən çox çətin idi, bu qərar mənim üçün asan olmadı”.
Kristensen “Çelsi” ilə İngiltərə kubokunu, Çempionlar Liqasını, UEFA superkubokunu və Klublararası dünya çempionatının kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin