“Çelsi”də oynayacağım üçün çox həyəcanlıyam”
“Bayer”dən “Çelsi”yə transfer olunan Kay Haverts yeni klubuna keçidi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu, bu keçid üçün həyəcanlı olduğunu bildirib:
“Mənim üçün “Çelsi” hər zaman böyük klub olub və indi də burda əla futbolçular var. Bu gənc futbolçularla böyük uğurlar qazanacağımıza inanıram. “Çelsi”də oynayacağım üçün çox həyəcanlıyam. Bu, mənim üçün böyük addımdır. Burda keçirəcəyim zamanda komanda üçün əlimdən gələni edəcəm. “Çelsi”də olduğum üçün xoşbəxtəm. Azarkeşlərin qarşısında oynamaq üçün səbirsizlənirəm. Onları sevindirmək üçün əlimdən gələni edəcəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin