“Çelsi” və “Arsenal” final biletlərini qaytarır
Bakıda keçiriləcək Avropa Liqasının final matçının iştirakçıları olan “Arsenal”la “Çelsi” onlara ayrılmış biletlərin bir qismini qaytarmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. UEFA hər komanda üçün 5800 bilet ayırıb, ancaq “Arsenal” 3500, “Çelsi” isə 2000 bilet sata bilib. Hər iki klub yerdə qalan ümumilikdə 6000-ə yaxın biletləri isə qaytarmaq niyyətindədir.
Qaytarılan biletlər yenidən satışa çıxarılacaq. Final üçün Azərbaycandan 23000 bilet satıldığı bildirilir.
Avropa Liqasının final oyununda “Arsenal” “Çelsi” ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunda keçiriləcək matç mayın 29-u, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin