“Çelsi” PSJ-nin müdafiəçisi ilə maraqlanır

PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanına malikdir.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə “Çelsi” maraqlanır.

Müdafiəçinin PSJ ilə mövcud müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna kimidir. O, Fransa çempionatının bu mövsümündə 5 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button