“Çelsi” məni saxlamaq istəsə…” – Feliks

“Çelsi”nin hücumçusu Joao Feliks London klubu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “zadəganlar”ın heyətində özünü yaxşı hiss etdiyini bildirib:

“Çelsi”də özümü çox yaxşı hiss edirəm. Bu klubu sevirəm. Müqaviləmdə satınalma bəndi yoxdur. Onlar (“Çelsi” klubu) məni heyətdə saxlamaq istəsələr, “Atletiko” ilə razılaşmalı olacaqlar. Heç kim gələcəkdə nəyin baş verəcəyini bilmir”.

İngiltərə təmsilçisi portuqaliyalı oyunçunu qış transfer pəncərəsində “Atletiko”dan cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Feliks debüt matçında (Premyer Liqanın 7-ci turunun “Fulhem”lə təxirə salınmış görüşü) kobudluğa görə 58-ci dəqiqədə qırmızı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button