Maquayr “Çelsi”yə keçir?
“Çelsi” “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı danışıqlar aparmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” cari mövsümdə əsas heyətə düşmək üçün mübarizə aparmaq niyyətində olan futbolçu ilə yollarını ayırmaq fikrində deyillər. “Çelsi” də Maquayrla müqavilə bağlamaq fikrində deyil, onlar başqa alternativlər barədə düşünəcəklər.
29 yaşlı Maquayrın MY ilə müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin