“Atletiko” evdə, “Ayaks” səfərdə qələbəni əldən verdi
UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir.
Komanda.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində dünən daha iki oyun keçirilib.
Turnirin son qalibi “Çelsi” “Stemford Bric”də “Lill”i qəbul edib. London klubu İngiltərə Premyer Liqasında qeyri-sabit çıxış etsə də, Avropa səhnəsində inamla irəliləyir. Tarixində ikinci dəfə pley-off həyəcanı yaşayan “Lill” 2006/07 mövsümündə İngiltərənin digər təmsiçisi “Mançester Yunayted” səddini keçə bilməmişdi. Bu dəfə isə “Çelsi” sözügedən komandanı ilk oyunda inamlı hesabla məğlub edib.
Gecənin digər qarşılaşmasında “Vilyarreal” və “Yuventus” üz-üzə gəlib. Bu, komandaların avrokuboklarda ilk duelində birinci oyun heç-heçə yekunlaşıb.
Bu gün keçirilən daha iki matçla UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “Mançester Yunayted” Madriddə “Atletiko”nun qonağı olub. “Benfika” isə son Niderland çempionu “Ayaks”ı qəbul edib. Bu oyunların hər ikisi heç-heçə yekunlaşıb.
UEFA Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
22 fevral
Çelsi (İngiltərə) – Lill (Fransa) 2:0
Qol: Haverts, 8. Pulişiç, 63.
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
00:00 Vilyarreal (İspaniya) – Yuventus (İtaliya) 1:1
Qol: Parexo, 66 – Vlahoviç, 1.
Baş hakim: Daniel Zibert (Almaniya)
23 fevral
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə) 1:1
Qol: J.Feliks, 7 – Elanqa, 80.
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Benfika (Portuqaliya) – Ayaks (Niderland) 2:2
Qol: Haller, 26-öz qapısına. Yaremçuk, 72 – Tadiç, 18. Haller, 29.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bizi Facebook-da izləyin