“Milan” Leaonu bir şərtlə sata bilər
“Çelsi” “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu 23 yaşlı portuqaliyalını buraxmaq istəmir, lakin 80-90 milyon avroluq təklif alacağı təqdirdə, fikrini dəyişməyə hazırdır.
Daha əvvəl Leaonun “Milan”la müqaviləni yeniləməkdən imtina etdiyi bildirilirdi. Futbolçu ilə hazırkı müqavilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Leao 2021/22 mövsümündə “Milan”ın heyətində bütün yarışlarda 42 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin