
UEFA-nın prezidenti: “Mourinyo əla insandır”
UEFA-nın prezidenti Aleksander Çeferin Joze Mourinyonun insani keyfiyyətlərindən danışıb.
Komanda.az “delo.si”-yə istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri “Fənərbaxça”nın baş məşqçisinin əla insan olduğunu deyib:
“Mourinyo əla insandır. O, meydanda unikaldır. Onun real siması bir az bulanıqdır, çünki meydanda o, tamam başqa insana çevrilir. Amma əslində, o, gözəl insandır. Bizim çox yaxşı münasibətimiz var. COVID-19 pandemiyası zamanı o, Londondakı qocalar evlərinə yemək çatdırdı. Mourinyo çox maraqlı insandır və biz çox yaxşı ünsiyyət qururuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin