CAS Rusiya komandalarına qoyulmuş qadağanı qüvvədə saxladı

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.

Sözügedən ölkəni təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər. Bildirilib ki, bu, ilkin qərardır və tam dinləmə yaxın həftələrdə keçiriləcək.

UEFA ilə yanaşı, FİFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button