Beylin proqnozu: “Real” çempion olacaq, Levandovski isə…

İspaniya çempionatının cari mövsümü tam sürətlə davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın və Uels millisinin sabiq futbolçusu Qaret Beyl bu mövsüm hansı klubun La Liqa çempionu olacağına dair proqnoz verib.

Beylin fikrincə, “Real” İspaniya çempionu, turnirin bombardiri isə “Barselona”nın hücumçusu Robert Levandovski olacaq.

“Kral klubu” hazırda 33 xalla İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Karlo Ançelottinin yetirmələri iki oyun az keçirməklə lider “Barselona”dan 4 xal geri qalır.

Levandovski cari mövsümdə vurduğu 15 qolla bombardirlər cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button