Canni De Byazi: “Koronavirusa görə 7 kq arıqladım”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi koronavirusa yoluxmasından və peyvənd olunmasından danışıb.

Komanda.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında peyvəndlərin ona çox köməklik etdiyini bildirib:

“Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. Koronavirusa yoluxmaq mənim üçün ağır idi. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Üstəlik, peyvənd olunmağım da mənə çox kömək etdi. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm”.

AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button