Çağırış Kuboku: İsmayılova final oyununu idarə edəcək
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını icra edəcək.
Bu gün Yunanıstanda keçiriləcək qarşılaşma saat 22:00-da başlayacaq. İlk dueldə “Olimpiakos” qələbə qazanıb (3:0).
CEV-in bu matç üçün təyinatına əsasən, İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin