Cənubi Amerikada 2022-ci ilin rəmzi komandası
Argentina millisinin 7 futbolçusu Cənubi Amerikada (KONMEBOL) 2022-ci ilin rəmzi heyətinə düşüb.
Komanda.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, simvolik komandada son dünya çempionunun oyunçularına üstünlük verilib.
Rəmzi heyətdə digər 4 yeri Braziliya yığmasının futbolçuları tutub:
Qapıçı: Emiliano Martines (Argentina);
Müdafiəçilər: Kristian Romero, Nikolas Otamendi (hər ikisi Argentina), Tiaqo Silva (Braziliya);
Yarımmüdafiəçilər: Enzo Fernandes, Rodriqo de Paul (hər ikisi Argentina), Kazemiro, Neymar (hər ikisi Braziliya);
Hücumçular: Lionel Messi, Xulian Alvares (hər ikisi Argentina), Vinisius Junior (Braziliya).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin