“Arsenal”la heç kim üçün asan deyil” – “Liverpul”un kapitanı

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk İngiltərə Premyer Liqasının 9-cu turunun “Arsenal”la oyunundan (2:2) sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu nəticə ilə razılaşdıqlarını söyləyib:

“Bu stadionda oynamaq həmişə çətindir. Bunu bir çox komandalar bilir. “Arsenal”ın sıx, bağlı komandası var, onlarla heç kim üçün asan deyil. Amma onlar üçün də çətin idi. Çətin matç oldu. Amma iki dəfə geri düşdük, oyuna qayıtdıq və xal qazandıq. Biz bu nəticəni qəbul edirik və davam edirik. İndi biz “Brayton”la Liqa kuboku matçını gözləyirik”.

“Liverpul” – “Arsenal” matçı oktyabrın 27-də baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button