“Bəzən səbrli olmaq lazımdır” – “Barselona” rəsmisi
“Barselona”nın direktoru Jordi Kroyff Kataloniya klubunun İspaniya çempionluğu uğrunda mübarizəsindən danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, niderlandlı klub rəsmisi La Liqanın 16-cı turunda “Atletiko” ilə oyunda (1:0) qazanılan qələbəni də şərh edib:
“Çox çətin matç oldu. Rəqib bizə çətin anlar yaşatdı. Yaxşı başladıq, 1:0 hesabı ilə oyun dəyişdi. Bilirdik ki, yaxşı nəticə naminə əziyyət çəkməli olacağıq. Topa bir az daha çox sahib olmaq lazım idi, amma “Atletiko” yüksək təzyiq etdi, azarkeşlər onları dəstəklədi. Bu səbəbdən, topa əvvəlki qədər sahib ola bilmədik. Ancaq bəzən səbrli olmaq lazımdır. 16 oyunda 6 qol buraxmışıq. Bu, çempionluq uğrunda mübarizə aparmaq istəyən komandanın rəqəmləridir”.
“Barselona” İspaniya La Liqasında 16 turdan sonra 41 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Facebook-da izləyin