“Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var” – Van Dayk

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Premyer Liqanın 18-ci turunun “Lester”lə oyunu (2:1) barədə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinin oyun tərzi haqda fikir bildirib:

“Düşünürəm ki, bəzi məqamlarda çox pis oynadıq. Üç xal qazanmaq yaxşıdır. Qəribə səslənsə də, belə çətin matçlarda qazanılan qələbə vacib rol oynayır. Biz bacardıq. İndi bütün fikrimizi “Brentford”la oyuna yönəltməliyik.

Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var. Bu gün kifayət qədər yaxşı oynamadığımızı bilirik. Daha da inkişaf edəcəyik”.

Bu matçdan sonra “Liverpul” 28 xalla 6-cı, “Lester” isə 17 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button