“Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Belarus seçməsinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“İlk hissədə müdafiənin oyunundan razı qalmadım. Bununla belə, ilk 45 dəqiqədə bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən 2 qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib olurduq. Yoxlama oyunu olduğundan yeni oyunçuları sınamaq imkanım oldu. Misal üçün, birinci hissədə oynayan onbirlik demək olar ki, birlikdə bir dəfə məşq etmişdi. Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm. Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdır”.
Bizi Facebook-da izləyin