Byelsa “siftə”ni korlamadı
Uruqvay milli komandası yoldaşlıq matçında Nikaraquanı məğlub edib – 4:1.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Cənubi Amerika təmsilçisinin baş məşqçisi Marselo Byelsa üçün əlamətdar olub.
Argentinalı mütəxəssis Uruqvayın çalışdırıcısı kimi debüt matçında qələbə qazanıb.
Xatırladaq ki, onun təyinatı mayın 16-da gerçəkləşib. 67 yaşlı mütəxəssislə imzalanan müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Byelsa bu postda Dieqo Alonsonu əvəz edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin