“Yuventus”un baş məşqçisi heç-heçəyə sevinir

“Yuventus”un baş məşqçisi İqor Tudor A Seriyasının 35-ci turunda “Bolonya” ilə 1:1 hesablı heç-heçəni şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı bunun kifayət qədər yaxşı nəticə olduğunu bildirib:

“Bolonya”nın illərlə üzərində çalışdığı xüsusi oyun üslubuna malik olduğunu bilirdik. Onların futbolu həvəs və coşqu ilə qidalanır, xüsusilə də, öz stadionlarında. Bu səbəbdən, məhz bu oyun planını seçdim. Hər kəsin çətinlik çəkdiyi stadionda əldə edilən nəticə kifayət qədər yaxşıdır. Zədələrə və diskvalifikasiyalara baxmayaraq, yaxşı oyun göstərdik”.

“Yuventus” İtaliya çempionatının 35 turundan sonra 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button