Klubunu xoşbəxt biri kimi tərk edir
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya təmsilçisinin 2022/23 mövsümündə La Liqa çempionu olması haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, çox şad və xoşbəxt olduğunu söyləyib:
“La Liqa çempionluğu qədər vacib titula yiyələnərək “Barselona”dan ayrılmaq istəyirdim. Hazırda çox şadam.
Uzun illər burada oynamışam, rekordlara imza atmışam. Xoşbəxtəm ki, “Barsa”nı çempion olaraq tərk edirəm”.
“Barselona” klubu artıq mövsümün sonunda Busketslə yollarını ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.
2008-ci ildən əsas komandada çıxış edən Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin