“Burdakı yaxşı şəraitə görə Qəbələni seçməli olduq” – Mutu
“Neftçi”nin baş məşqçisi Adrian Mutu komandasının Qəbələdəki təlim-məşq toplanışını dəyərləndirib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında hazırlıqdan razı qaldığını bildirib:
“Burdakı yaxşı şəraitə, meydançalara görə məhz Qəbələni seçməli olduq. Qarşımızda iki məqsəd var idi: həm fiziki, həm də taktiki cəhətdən işləməli idik. Düşünürəm ki, bu beş gün ərzində oyunçular tapşırıqlarımı yerinə yetirə bildilər və istədiklərimi onlardan ala bildim. İntensiv məşqlər olurdu. Gündə iki dəfə məşq edirdik. Komanda çox yaxşı hazırlaşdı”.
“Neftçi”nin Azərbaycan Premyer Liqasında növbəti oyunu səfərdə “Araz-Naxçıvan”a qarşı olacaq. Sentyabrın 16-da keçiriləcək 6-cı turun oyunu saat 18:00-da başlayacaq.
Bizi Facebook-da izləyin