“Zidan bir gün Fransa millisinə rəhbərlik edəcək”
Fransa yığmasının baş məşqçisi Didye Deşam, həmyerlisi Zinəddin Zidanın millinin “sükanı arxasına” gətiriləcəyini deyib.
Komanda.az xəbər verir ki, fransız mütəxəssis, ölkəsinin mətbuatına açıqlamasında Fransa millisinə bir gün Zidanın rəhbərlik edəcəyini bildirib:
“Zidan bir gün Fransa millisinə rəhbərlik edəcək. Ancaq bunun nə zaman olacağını bilmirəm. Gec də ola bilər, tez də, bilmirəm. Ancaq bu, Zidan üçün düzgün addım olar”.
Zidan bir müddət əvvəl “Real”da baş məşqçi postuna gətirilib. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin