Bundesliqanın ən bahalı 10 futbolçusu – SİYAHI
“Transfermarkt” internet portalı Almaniya çempionatının ən bahalı futbolçularının siyahısının yenilənmiş versiyasını təqdim edib.
Komanda.az xəbər verir ki, siyahıya “Bayern”in iki futbolçusu – hücumçu Harri Keyn və yarımmüdafiəçi Camal Musiala başçılıq edir.
İlk 10-luqda hazırkı Almaniya çempionu “Bayern”in 8 oyunçusu, hazırda Bundesliqanın lideri olan “Bayer”in isə cəmi 1 futbolçusu yer alıb:
Harri Keyn (Bayern, 110 milyon avro).
Camal Musiala (Bayern, 110 milyon avro).
Florian Virtz (Bayer, 100 milyon avro).
Leroy Sane (Bayern, 80 milyon avro).
Coşua Kimmix (Bayern, 75 milyon avro).
Alfonso Deyvis (Bayern, 70 milyon avro).
Xavi Simons (Leyptsiq, 70 milyon avro).
Kinqsli Koman (Bayern, 65 milyon avro).
Matteys de Liqt (Bayern, 65 milyon avro).
Dayot Upamekano (Bayern, 60 milyon avro).
Bizi Facebook-da izləyin