Bundesliqada yeni rekordçu

Futbol üzrə Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən “Verder” – “Borussiya” (Dortmund) oyunu qonaqların hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, “Borussiya”da vurduğu qolların sayını 9-a çatdırıb.

İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Haland “Borussiya”ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.

Qeyd edək ki, “Verder” – “Borussiya” matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button