Bundesliqada noyabrın ən yaxşısı bəlli oldu
Futbol üzrə Almaniya Bundesliqasında noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland ötən ayın ən yaxşısı elan olunub.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 20 yaşlı norveçli forvard noyabrda 3 Bundesliqa matçında iştirak edib və 5 qolla yadda qalıb. “Herta”ya 5:2 hesabıyla qalib gəldikləri oyunda pokerə imza atan futbolçu “Bavariya”ya 2:3 uduzduqları görüşdə bir qolla yadda qalıb. Erlinq “Köln”ə 1:2 hesabıyla uduzduqları matçda fərqlənə bilməsə də, bu, onun ən yaxşı seçilməsinə mane olmayıb.
Qeyd edək ki, Haland bu mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qola imza atıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin