Bundesliqada maska taxmaq məcburiyyəti ləğv olundu
Almaniya Klublar Birliyi (DFL) baş məşqçilərin Bundesliqanın oyunları zamanı maska taxmaq məcburiyyətinə dair qərarını ləğv edib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun direktoru Ansqar Şvenken yerli mətbuata açıqlamasında məlumat verib.
O, görüş ərzində məşqçilər arasında məsafənin yetərli olduğunu bildirib. Qurum rəsmisi deyib ki, məşqçilərin maska taxması təlimat vermək kimi vəzifələrini məhdudlaşdırır.
Şvenken ehtiyat oyunçular skamyasında oturan şəxslərin isə ağız və burunlarını bağlamalı olduqlarını söyləyib.
Qeyd edək ki, Almaniyanın əsas və 2-ci Bundesliqasında 2019/20 mövsümü bu gündən etibarən bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin