Bundesliqa klubu yeni baş məşqçisini açıqladı
Almaniyanın “Hoffenhaym” klubuna yeni mövsümdən rəhbərlik edəcək baş məşqçinin kimliyi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi hollandiyalı mütəxəssis Alfred Şreder ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda tərəflər arasında 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Müqavilə cari mövsüm başa çatdıqdan sonra, yayda qüvvəyə minəcək.
Şreder hazırda Hollandiyanın “Ayaks” klubunda baş məşqçi Erik Ten Haqın əsas köməkçisi kimi çalışır. O, bu komandadan öncə – 2015-2018-ci illər aralığında məhz “Hoffenhaym”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.
“Hoffenhaym”ı 2016-cı ildən Yulian Naqelsmann çalışdırır. O, bu mövsümün sonunda sözügedən kludan ayrılacaq və Bundesliqanın digər təmsilçisi “Leyptsiq”in baş məşqçisi olacaq.
Bizi Facebook-da izləyin